​TAP kəməri ilə bağlı Albaniyada işlər gələn il bitəcək

​TAP kəməri ilə bağlı Albaniyada işlər gələn il bitəcək 2017-ci ildə TAP-ın ölkənin ÜDM-ni 500 mln. avro artıracağını qeyd olunur
Energetika
18 Avqust , 2015 11:31
​TAP kəməri ilə bağlı Albaniyada işlər gələn il bitəcək

Bakı. 18 avqust. REPORT.AZ/ Trans-Adriatik Boru Kəməri (TAP) layihəsinin Albaniya ərazisində tikintisinin reallaşdırılması üçün infrastrukturun təkmilləşdirilməsi işləri 2016-cı ildə yekunlaşacaq. "Report" xəbər verir ki, bu barədə Albaniya Dövlət İnformasiya Agentliyinə TAP-ın Albaniya ofisindən məlumat verilib.

Məlumata görə, ilin əvvəlindən başlanan işlər nəticəsində 51 km uzunluğunda yeni yol çəkilib və 41 km yolun və kənd yerlərində 42 körpünün tikintisi planlaşdırılır.

Rəsmilərin sözlərinə görə, plana əsasən, layihənin icrası Albaniyada 210 km məsafədə, Adriatik dənizinin bu ölkəyə məxsus hissəsində isə 37 km məsafədə aparılacaq.

Layihəyə əsasən, Fiyer (Fier) və Bilişt (Bilisht) ərazisində yeni kompressor stansiyaları qurulacaq.

Ekspertlər bütün bu işlərin 2016-cı ildə bitəcəyini deyir. Onlar həmçinin 2017-ci ildə TAP-ın ölkənin ÜDM-ni 500 mln. avro artıracağını da qeyd edirlər.

Xatırladaq ki, pay bölgüsünə əsasən, BP, SOCAR və "Statoil" şirkətlərinin hər biri TAP-da 20% paya malikdir. Qalan hissənin 19%-i Belçikanın "Fluxy", 16%-i İspaniyanın "Enagas", 5%-i isə İsveçrənin "Axpo" şirkətlərinə məxsusdur.

Son xəbərlər

Orphus sistemi