TAP-ın Yunanıstan və Albaniyadan keçən hissəsinin 65%-nin yeri təmizlənib

TAP-ın Yunanıstan və Albaniyadan keçən hissəsinin 65%-nin yeri təmizlənib Hazırda boruların qaynaqlanması və kəmərin yatağının qazılması işləri həyata keçirilir
Energetika
9 Avqust , 2017 16:00
TAP-ın Yunanıstan və Albaniyadan keçən hissəsinin 65%-nin yeri təmizlənib

Bakı. 9 avqust. REPORT.AZ/ Trans Adriatik Boru Kəmərinin (TAP) Yunanıstan və Albaniyadan keçən 765 km-lik hissəsinin 500 km-i (təxminən 65%i) artıq təmizlənib. 

“Report” xəbər verir ki, bu barədə “TAP AG” məlumat yayıb. 

Məlumata görə, hazırda boruların qaynaqlanması və kəmərin yatağının qazılması işləri həyata keçirilir. 

"Şahdəniz" konsorsiumu iki il ərzində müxtəlif seçim variantlarını nəzərdən keçirdikdən sonra 2013-cü il iyunun 28-də TAP kəmərini seçdiyini rəsmən açıqlayıb. Boru kəmərinin ümumi uzunluğu 878 km-dir. Bunun da 550 km-i Yunanıstan ərazisini, 215 km-i Albaniyanı, 105 km-i Adriatik dənizini, 8 km-i isə Cənubi İtaliyanı əhatə edəcək. Boru kəmərinin ən yüksək nöqtəsi Albaniya dağlarında (1 800 m), ən aşağı hissəsi isə (-820 m) dənizin dibində olacaq.

2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində TAP-ın təməlqoyma mərasimi keçirilib. 2020-ci ildə Azərbaycan qazının Avropaya çatdırılacağı nəzərdə tutulur.

TAP-ın səhmdarları rolunda BP (20%), SOCAR (20%), "Snam S.p.A." (20%), "Fluxys" (19%), "Enagas" (16%) və "Axpo" (5%) şirkətləri çıxış edir.

Son xəbərlər

Orphus sistemi