TAP-ın Yunanıstan və Albaniyadan keçən hissəsinin 387 km-i qazılıb

TAP-ın Yunanıstan və Albaniyadan keçən hissəsinin 387 km-i qazılıb Bu isə 50% deməkdir
Energetika
18 Avqust , 2017 14:30
TAP-ın Yunanıstan və Albaniyadan keçən hissəsinin 387 km-i qazılıb
Tap-ag.com

Bakı. 18 avqust. REPORT.AZ/ Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik Boru Kəmərinin (TAP) inşası çərçivəsində Yunanıstan və Albaniyadan keçən hissəsinin 50%-ində qazma işləri yekunlaşıb.

“Report” xəbər verir ki, bu barədə “TAP AG” məlumat yayıb.

Məlumata görə, bu iki ölkədən keçən 765 km-lik hissənin 387 km-i qazılıb.

“Şahdəniz" konsorsiumu iki il ərzində müxtəlif seçim variantlarını nəzərdən keçirdikdən sonra 2013-cü il iyunun 28-də TAP kəmərini seçdiyini rəsmən açıqlayıb. Boru kəmərinin ümumi uzunluğu 878 km-dir. Bunun da 550 km-i Yunanıstan ərazisini, 215 km-i Albaniyanı, 105 km-i Adriatik dənizini, 8 km-i isə Cənubi İtaliyanı əhatə edəcək. Boru kəmərinin ən yüksək nöqtəsi Albaniya dağlarında (1 800 m), ən aşağı hissəsi isə (-820 m) dənizin dibində olacaq.

2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində TAP-ın təməlqoyma mərasimi keçirilib. 2020-ci ildə Azərbaycan qazının Avropaya çatdırılacağı nəzərdə tutulur.

TAP-ın səhmdarları rolunda BP (20%), SOCAR (20%), "Snam S.p.A." (20%), "Fluxys" (19%), "Enagas" (16%) və "Axpo" (5%) şirkətləri çıxış edir.

Son xəbərlər

Orphus sistemi