TAP-ın səhmdarlarından birinin xalis mənfəəti artıb

TAP-ın səhmdarlarından birinin xalis mənfəəti artıb İspaniyanın “Enagas” şirkətinin bu ilin I rübündə xalis mənfəəti 0,2% artaraq 103,9 mln. avro təşkil edib.
Energetika
25 Aprel , 2019 17:25
TAP-ın səhmdarlarından birinin xalis mənfəəti artıb

İspaniyanın “Enagas” şirkətinin bu ilin I rübündə xalis mənfəəti 0,2% artaraq 103,9 mln. avro təşkil edib.

“Report” bu barədə şirkətin hesabatına istinadən xəbər verir.

Bildirilib ki, I rübdə əldə olunan göstəricilər hədəflərə uyğundur.

Qeyd edək ki, “Enagas” şirkəti Azərbaycan qazının Avropaya nəqli üçün inşa olunan Trans-Adriatik Boru Kəməri (TAP) layihəsində 16% paya malikdir.

Son xəbərlər

Orphus sistemi