TAP-ın prezidenti: “Kəmərin İtaliya sahilinə çıxan hissəsinin marşrutu dəyişdirilməyəcək”

TAP-ın prezidenti: “Kəmərin İtaliya sahilinə çıxan hissəsinin marşrutu dəyişdirilməyəcək” TAP-la ilk qaz 2020-ci ilin I rübündə İtaliyaya çatdırılacaq
Energetika
22 Dekabr , 2017 17:56
TAP-ın prezidenti: “Kəmərin İtaliya sahilinə çıxan hissəsinin marşrutu dəyişdirilməyəcək”

Bakı. 22 dekabr. REPORT.AZ/ Azərbaycan qazının Avropaya nəqli üçün inşa olunan Trans-Adriatik Boru kəməri (TAP) ilə ilk qaz 2020-ci ilin I rübündə İtaliyaya çatdırılacaq.

“Report” xəbər verir ki, bu barədə TAP-ın prezidenti Valter Pireri (Walter Peeraer) “Reuters” agentliyinə bildirib.

“TAP-ın inşası ilk qazın 2020-ci ilin I rübündə çatdırılması qrafikinə uyğun irəliləyir”.

O qeyd edib ki, boru kəmərinin Adriatik dənizindən İtaliya sahilinə çıxan hissəsinin marşrutu dəyişdirilməyəcək: “Bu hissə ətraf mühitə ən az təsir göstərmək baxımından ən optimal variant olaraq 20 digər ərazi arasından seçilib. Əgər marşrut dəyişdirilirsə, bu layihənin 4-5 il geriyə qayıtması deməkdir. İtaliya sahillərinə, təxminən, 8-10 mlrd. kubmetr qazın nəqli barədə öhdəlik var. Albaniya vasitəsilə istiqamət dəyişdirmək seçim deyil. Yəni B planı yoxdur”.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə ilkin olaraq "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Türkiyə-Yunanıstan sərhədindəki Kipoy ərazisində TANAP (Trans-Anadolu) boru kəmərinə qoşulacaq və Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.

Boru kəmərinin ümumi uzunluğu 878 km-dir. Bunun da 550 km-i Yunanıstan ərazisini, 215 km-i Albaniyanı, 105 km-i Adriatik dənizini, 8 km-i isə Cənubi İtaliyanı əhatə edəcək.

İlkin mərhələdə boru kəməri ilə ildə 10 mlrd. kubmetr "mavi yanacaq" Avropaya çatdırılacaq. 2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində TAP-ın təməlqoyma mərasimi keçirilib. 

Son xəbərlər

Orphus sistemi