Bakı. 17 fevral. REPORT.AZ/ Yunanıstanın "OTE S.A." telekommunikasiya şirkətinin İdarə Heyətinə yeni üzv təyin edilib. “Report”un yunan mediasına istinadən verdiyi məlumata görə, bu vəzifəyə Andreas Psatas təyin edilib.
Trans-Adriatik Boru Kəməri (TAP) layihəsinin 2014-2015-ci illərdə torpaqların alınması və komplektləşdirmə üzrə meneceri olan A.Psatas OTE-də qeyri-icraçı direktor vəzifəsini icra edicək.