Yuxarı

TAP-ın İtaliya seqmenti ilə bağlı iki müqavilə imzalanıb

Bu, mühəndislik, satınalma və inşaat işləri ilə bağlı müqavilələrdir

Bakı. 22 dekabr. REPORT.AZ/ Azərbaycanın "Şahdəniz" yatağının ikinci mərhələsinin işlənməsindən hasil olunan qazın Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik boru kəmərinin (TAP) idarə edilməsi üçün yaradılan "TAP AG" iki müqavilə imzalayıb.

"Report"a TAP konsorsiumundan verilən məlumata görə, müqavilələr İtaliyada Boru Kəməri Qəbul Terminalı və boru kəmərinin quruda tikintisi üzrə Mühəndislik, Satınalma və İnşaat müqavilələridir.

"Enereco S.p.a." və "Max Streicher S.p.a." şirkətləri tərəfindən yaradılan birgə müəssisə boru kəmərinin dənizaltı hissəsinin quru ilə birləşdirilən hissəsinin inşasını həyata keçirəcək.

"Renco S.p.a." şirkəti isə boru kəmərinin sonuncu elementi, yəni TAP-ın "Snam" şirkətinin qaz şəbəkəsinə qoşulan hissəsini həyata keçirəcək.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" çərçivəsində hasil olunan qaz Avropaya nəql olunacaq. Bu boru kəməri Türkiyə-Yunanıstan sərhədindəki Kipoy ərazisində TANAP kəmərinə qoşulacaq və Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə Cənubi İtaliyaya qədər uzanacaq. Boru kəmərinin uzunluğu 878 km təşkil edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi