TAP çərçivəsində bu il Albaniya iqtisadiyyatına 400 mln. avro sərmayə qoyulacaq

TAP çərçivəsində bu il Albaniya iqtisadiyyatına 400 mln. avro sərmayə qoyulacaq Bu məbləğ boru kəmərinin tikintisi müddətində ən yüksək vəsait hesab olunur
Energetika
25 Yanvar , 2017 18:58
TAP çərçivəsində bu il Albaniya iqtisadiyyatına 400 mln. avro sərmayə qoyulacaq

Bakı. 25 yanvar.REPORT.AZ/ Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans Adriatik Boru Kəməri (TAP) layihəsi çərçivəsində bu il Albaniya iqtisadiyyatına 400-450 mln. avro investisiya nəzərdə tutulur.

“Report” xəbər verir ki, bu barədə TAP-ın Albaniya üzrə ölkə meneceri Şolqim Bozqo “Monitor” jurnalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu məbləğ boru kəmərinin tikintisi müddətində ən yüksək vəsait hesab olunur.

“TAP Albaniya iqtisadiyatında önəmli rol oynamağa davam edəcək, tikinti və xidmət sektoru əsas benefisiarlar olacaq. TAP tərəfindən Albaniya iqtisadiyyatına yatırılması nəzərdə tutulan investisiyanın həcmi Albaniyanın illik birbaşa xarici investisiyasının yarısına bərabərdir. Layihənin ən vacib hissəsi bu il ərzində inşa olunacaq" -Ş.Bozqo bildirib.

Bu il layihə çərçivəsində Albaniyanın Fier ərazisində kompressor stansiyasının tikintisi, eyni zamanda Korça ərazisində 1800 metr hündürlüyə qədərki şərq sektorunun tikintisinə başlanması planlaşdırılır.

TAP-ın Albaniyaya ümumi investisiyasının həcmi 1,5 mlrd. avro nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi