​TAP Avropanın ən yaxşı enerji layihələri siyahısına salınıb

​TAP Avropanın ən yaxşı enerji layihələri siyahısına salınıb TAP ortaq maraqlara xidmət edən 33 ən yaxşı enerji təhlükəsizliyi layihələri siyahısına əlavə edilib
Energetika
14 Avqust , 2015 17:57
​TAP Avropanın ən yaxşı enerji layihələri siyahısına salınıb

Bakı. 14 avqust. REPORT.AZ/ Trans-Adriatik Boru Kəməri (TAP) layihəsi Avropa Komissiyasının ortaq maraqlara xidmət edən 33 ən yaxşı enerji təhlükəsizliyi layihələri siyahısına əlavə edilib. "Report" xəbər verir ki, bu barədə Avropa İnvestisiya Bankı (EIB) məlumat yayıb.

Avropa Komissiyası bu layihənin Avropanın enerji təhlükəsizliyinə müsbət imkanlar yaradacağını və layihənin 3-cü hissəsinin reallaşdırılmasına icazə verilməsini qərara alıb.

Qurum TAP-ın texniki üstünlükləri nəticəsində ətraf mühitə təsirinin minimum həddə olduğunu açıqlayıb və Avropa İttifaqının satınalmalar haqqında qanunvericiliyinə uyğun olaraq satınalma həyata keçirildiyini deyib.

Son xəbərlər

Orphus sistemi