TAP Avropa Komissiyasının ümumi maraq doğuran layihələr siyahısına daxil edilib

TAP Avropa Komissiyasının ümumi maraq doğuran layihələr siyahısına daxil edilib Trans-Adriatik Boru Kəməri (TAP) Avropa Komissiyası (AK) tərəfindən qəbul edilmiş vahid Avropa enerji sistemi üçün Ümumi maraq layihələri (PCI) dördüncü siyahısına daxil edilib.
Energetika
1 Noyabr , 2019 12:02
TAP Avropa Komissiyasının ümumi maraq doğuran layihələr siyahısına daxil edilib

Trans-Adriatik Boru Kəməri (TAP) Avropa Komissiyası (AK) tərəfindən qəbul edilmiş vahid Avropa enerji sistemi üçün "Ümumi maraq layihələri" (PCI) dördüncü siyahısına daxil edilib.

"Report" xəbər verir ki, yeni siyahıda qaz layihələrinin sayı əvvəlki ilə müqayisədə 40 faiz azalıb (53-dən 32-yə salınıb).

AK-nın məlumatında qeyd olunur ki, yeni siyahı infrastrukturun Enerji Birliyi üçün əhəmiyyətini əks etdirir və onun məqsədləri - dayanıqlı inkişaf, əlçatanlıq və çatdırılmaların təhlükəsizliyi arasında tarazlığı əks etdirir.

"Enerji Birliyi Avropada və dünyada təmiz enerji sahəsində innovasiyaların güclü mühərriki olaraq xidmət edir. Bu enerji keçidinin sosial baxımdan ədalətli olması, yeniliklər yaratması və gələcək enerji sisteminin ehtiyaclarına uyğunlaşdırılmış "ağıllı" infrastruktura əsaslanmasına çalışırıq. Ümumi maraq layihələri vasitəsilə bütün Avropa üzrə tədarük təhlükəsizliyini artırmaq üçün etibarlı və yaxşı əlaqəli şəbəkələr qururuq", - Avropa Komissiyasının vitse-prezidenti, Enerji Birliyinin yaradılmasını kurasiya edən Maroş Şefçoviç deyib.

2013-cü ildə qəbul edilmiş Trans-Avropa Enerji Şəbəkəsi Qaydalarına (TEN-E) uyğun olaraq, Avropa Komissiyası Avropa İttifaqındakı ən vacib layihələri müəyyənləşdirir və bundan sonra bu layihələr sadələşdirilmiş icazələr və Aİ tərəfdən maliyyələşdirilmə üçün müraciət etmək hüququnu ala bilər.

Xatırladaq ki, Cənub Qaz Dəhlizinin bir hissəsi olan Trans Adriatik Boru Kəməri ilə ilkin mərhələdə ilə hər il "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan 10 milyard kubmetr qazın Avropaya nəql olunacağı nəzərdə tutulur. Yunanıstanla Türkiyə sərhədindəki Kipoy kəndi yaxınlığında Trans Anadolu boru kəmərinə (TANAP) qoşulacaq TAP Yunanıstan, Albaniya ərazisindən keçərək Adriatik dənizinin dibi ilə İtaliyanın cənubunadək uzanacaq.

2013-cü il iyunun 28-də "Şahdəniz" konsorsiumu tərəfindən rəsmi olaraq seçildiyi açıqlanan TAP kəmərinin uzunluğu 878 kilometrdir. Bunun 550 kilometri Yunanıstan, 215 kilometri Albaniya ərazisinin, 105 kilometri Adriatik dənizi dibinin, 8 kilometri İtaliya ərazisinin payına düşür. Marşrutun Albaniya ərazisində yerləşən ən hündür nöqtəsi 1800 metr yüksəklikdə, dəniz dibindəki ən alçaq nöqtəsi 820 metr dəniz səviyyəsindən aşağıdır.

Təməlatma mərasimi 17 may 2016-cı il tarixində Yunanıstanın Saloniki şəhərində keçirilən TAP vasitəsilə Avropaya Azərbaycandan ilk qazın 2020-ci ilin əvvəllərində nəql ediləcəyi gözlənilir.

TAP vasitəsilə Bolqarıstanın qaz ehtiyaclarının 33 faizi, Yunanıstanın 20 faizi, İtaliyanın 10,5 faizinə qədəri ödəniləcək.

Son xəbərlər

Orphus sistemi