TAP Albaniyada yol və körpülərin yenidən qurulmasının ilk mərhələsini başa çatdırıb

TAP Albaniyada yol və körpülərin yenidən qurulmasının ilk mərhələsini başa çatdırıb Bu mərhələdə təxminən 58 km-lik giriş yolları yenilənib, iki yeni körpü inşa olunub və 40 körpü təmir edilib
Energetika
13 Yanvar , 2017 17:50
TAP Albaniyada yol və körpülərin yenidən qurulmasının ilk mərhələsini başa çatdırıb

Bakı. 13 yanvar. REPORT.AZ/ Azərbaycan qazını Avropaya nəql edəcək Trans-Adriatik Boru Kəməri (TAP) layihəsi üzrə yaradılmış konsorsium “TAP-AG” Albaniyada yol infrastrukturunun yenidən qurulmasının ilk mərhələsini yekunlaşdırıb.

“Report” konsorsiuma istinadən xəbər verir ki, bu mərhələdə təxminən 58 km-lik giriş yolları yenilənib, iki yeni körpü inşa olunub və 40 körpü təmir edilib.

İşlər il yarım ərzində “Gener 2 Sh.p.K” və “Sicilsaldo S.p.A” tərəfindən yaradılmış birgə müəssisə tərəfindən həyata keçirilib.

Qeyd olunub ki, yol infrastrukturunun təkmilləşdirilməsi boru kəmərinin tikintisi üçün boruların və avadanlıqların daşınmasını asanlaşdıracaq. Bu, regionlarda həm də yerli icmaların və biznesin inkişafına dəstək verir. Təkmilləşmiş infrastrukturdan 200 min nəfər faydalanır. Bu prosesdə 600 nəfərdən çox işçi çalışıb ki, onlardan da 99%-i albanlar olub.

TAP-ın Albaniya üztə layihə meneceri Karl Roberts bildirib ki, mürəkkəb və çətin cografiyaya, 1 800 metr yüksəkliyə baxmayaraq işlər vaxtında, nəzərdə tutulan büdcə çərçivəsində və ən önəmlisi ən yüksək təhlükəsizlik standartlarına uyğun tamamlanıb.

Onun sözlərinə görə, 120 km yolun təmirini nəzərdə tutan ikinci mərhələ TAP-ın Mühəndislik, Satınalma və Tikinti üzrə podratçısı “Spiecapag” şirkəti tərəfindən həyata keçiriləcək.

Son xəbərlər

Orphus sistemi