Yuxarı
    Bağlamaq

    TAP Albaniyada yol qəzaları ilə bağlı maarifləndirmə kampaniyasına başlayıb

    Radio ilə aparılan kampaniya bütün yay boyu davam edəcək© Tap-ag.com

    Bakı. 4 avqust. REPORT.AZ/ Trans Adriatik Boru Kəmərini (TAP) inşa edən konsorsium Albaniyada sürücülər üçün yol qəzaları ilə bağlı maarifləndirmə kampaniyasına başlayıb. 

    “Report” “TAP A.G.”yə istinadən xəbər verir ki, bu məqsədlə xüsusi radioproqram hazırlanıb.

    Qeyd edək ki, Albaniyada yay aylarında yol-nəqliyyat hadisələrinin say artır. Bu ölkənin Nəqliyyat və İnfrastruktur Nazirliyinin açıqladığı statistikaya görə, hər ay Albaniyada orta hesabla 168 yol qəzası baş verir ki, bu zaman da orta hesabla 22 nəfər insan dünyasını dəyişir. 

    Hazırda  Albaniyada təxminən 565 min avtomobil var və xüsusilə də ölümlə nəticələnən qəzaların sayı daha çoxdur. Bu səbəbdən də TAP sürücülərə ehtiyatlı olmağı məsləhət görür.

    Bu radio mararifləndirmə proqramı bütün yay boyu Albaniyanın Berat şəhərinin "Radio Globi"; Korça şəhərinin “Radio Korça” və “Radio City FM”, Fieri şəhərindəki "Radio Fieri" və "Radio Star" radiolarında davam edəcək.

    "Şahdəniz" konsorsiumu iki il ərzində müxtəlif seçim variantlarını nəzərdən keçirdikdən sonra 2013-cü il iyunun 28-də TAP kəmərini seçdiyini rəsmən açıqlayıb. Boru kəmərinin ümumi uzunluğu 878 km-dir. Bunun da 550 km-i Yunanıstan ərazisini, 215 km-i Albaniyanı, 105 km-i Adriatik dənizini, 8 km-i isə Cənubi İtaliyanı əhatə edəcək. Boru kəmərinin ən yüksək nöqtəsi Albaniya dağlarında (1 800 m), ən aşağı hissəsi isə (-820 m) dənizin dibində olacaq.

    2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində TAP-ın təməlqoyma mərasimi keçirilib. 2020-ci ildə Azərbaycan qazının Avropaya çatdırılacağı nəzərdə tutulur.

    TAP-ın səhmdarları rolunda BP (20%), SOCAR (20%), "Snam S.p.A." (20%), "Fluxys" (19%), "Enagas" (16%) və "Axpo" (5%) şirkətləri çıxış edir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi