Yuxarı
    Bağlamaq

    TAP Albaniyada təhlükəsizlik standartlarının təşviqinə yardım edir

    TAP layihəsinin tikintisindən Albaniya şirkətlərinin və işçilərin qazandığı təcrübə ölkənin təhlükəsizlik standartları üçün əsas mirasdır

    Bakı. 22 noyabr. REPORT.AZ/ Azərbaycan qazını Avropaya nəql edəcək Trans-Adriatik Boru Kəməri (TAP) Albaniyada təhlükəsizlik standartlarının ən vacib liderləri və təşviqatçılarından biridir.

    “Report” TAP-a istinadən xəbər verir ki, bu, Tiranada Yunanıstan səfirliyi tərəfindən keçirilən III Qaz Kəmərləri Təhlükəsizlik Seminarında qeyd olunub.

    Tədbirdə Albaniyanin enerji institutları və şirkətlərinin nümayəndələri, eyni zamanda, Albaniyanın energetika və sənaye nazirinin müavini İlir Beytya, Yunanıstanın Albaniyadakı səfiri Eleni Surani, TAP-ın ölkə meneceri Şkölqim Bozqo və digər rəhbər şəxslər iştirak ediblər.

    Tədbirdə TAP-ın podratçıları və subpodratçıları Albaniya hissəsinin tikintisi üzrə təcrübələrini paylaşıblar.

    Qeyd olunub ki, TAP layihəsinin tikintisindən Albaniya şirkətlərinin və işçilərin qazandığı təcrübə ölkənin təhlükəsizlik standartları üçün əsas mirasdır. TAP Albaniya üçün təkcə enerji sektorunda deyil, tikinti və nəqliyyat sənayesində də təhlükəsizlik standartlarını inkişaf etdirmək üçün mükəmməl imkanlar təqdim edir.

    Yunanıstanın Albaniyadakı səfiri tədbirdə deyib ki, TAP təhlükəsizlik standartlarının təbliği baxımından digərlərinə nümunə olaraq xidmət edə bilər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi