TAP AG: 2 il ərzində layihənin icrası 73% tamamlanıb

TAP AG: 2 il ərzində layihənin icrası 73% tamamlanıb Bakı. 30 may. REPORT.AZ/ İki il ərzində Trand Adriatik Boru Kəməri (TAP) layihəsinin icrası 72,5% tamamlanıb.
Energetika
30 May , 2018 13:37
TAP AG: 2 il ərzində layihənin icrası 73% tamamlanıb
Tap-ag.com
0 : 00
0 : 00

Bakı. 30 may. REPORT.AZ/ "İki il ərzində Trand Adriatik Boru Kəməri (TAP) layihəsinin icrası 72,5% tamamlanıb".

"Report"un məlumatına görə, bunu 25-ci Beynəlxalq Xəzər Neft və Qaz konfransında TAP AG şirkətinin prezidenti Volter Pirye deyib.

Onun sözlərinə görə, kəmərin Yunanıstanla Albaniya arasındakı hissəsi artıq təmizlənib və boruların 90%-dan çoxu  birləşdirilib, bunlardan isə 87%-lik hissə torpağa basdırılıb.

"Yunanıstan ərazisində 540 km-dən çox ərazi boru kəməri üçün təmizlənib və boruların 400 km-dən çoxu artıq torpağa basdırılıb. Bundan başqa, ilin sonuna qədər TAP Yunanıstanın İGB və Desfa qazpaylayıcı sistemlərinə qoşulacaq, bu da ölkəni qazla təmin edəcək", - V.Pirye bildirib.

Albaniyaya gəlincə, TAP AG rəsmisi deyib ki, burada da işlər qrafik üzrə gedir: "193 km ərazi artıq təmizlənib və boruların 186 km-i birləşdirilib. Hazırda biz Albaniyanın dağlıq ərazisində iş görürük. Kompressor stansiyalarının tikintisi davam edir".

Onun sözlərinə görə, ətraf mühitə dəyən zərəri minimumlaşdırmaq üçün Albaniyanın sahilində mikrotunel tikilir, bu da ən son texnologiya həlli sayılır: "Biz bəzi yerli təşkilatlardan şikayətləri alırıq, amma əminik ki, bütün bu çətinliklərə baxmayaraq işləri vaxtında başa çatdıracağıq". 

Son xəbərlər

Orphus sistemi