Yuxarı

​TAP-a yeni baş maliyyə müdiri təyin edilib

Ötən il əsas maliyyə meneceri kimi TAP-da fəaliyyətə başlayan Q.Valter 2015-ci ilin iyunundan maliyyə müdirinin vəzifəsini icra edib

Bakı. 17 avqust. REPORT.AZ/ Trans-Adriatik Boru Kəməri (TAP) Layihəsinə yeni baş maliyyə müdiri təyin edilib. "Report"a "TAP AG"dən verilən məlumata görə, yeni rəhbər Qunnar Valter (Gunnar Walter) öz vəzifə səlahiyyətlərinin icrasına avqustun 1-dən başlayıb.

2014-cü ilin yanvarından əsas maliyyə meneceri kimi TAP-da fəaliyyətə başlayan Q.Valter 2015-ci ilin iyunundan maliyyə müdiri vəzifəsini icra edib.

Berlin Texniki Universitetini doktor elmi dərəcəsi ilə bitirən Q.Valterin qaz infrastrukturunda 13 illik iş təcrübəsi var və o, əvvəllər "Şimal axını" (Nord Stream) layihəsində və "E.ON Ruhgras" şirkətində baş maliyyə meneceri kimi çalışıb.

Xatırladaq ki, pay bölgüsünə əsasən, BP, SOCAR və "Statoil" şirkətlərinin hər biri TAP-da 20% paya malikdir. Qalan hissənin 19%-i Belçikanın "Fluxy", 16%-i İspaniyanın "Enagas", 5%-i isə İsveçrənin "Axpo" şirkətinə məxsusdur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi