Yuxarı
    Bağlamaq

    Tanriverdi Mustafayev: "Şamaxıda 100 min nəfərin elektrik enerjisindən istifadəsi yaxşılaşdırılıb"

    Bu rayon mərkəzi, 5 qəsəbə, 57 kəndi özündə birləşdirən, 22 min abonenti əhatə edir

    Bakı. 13 iyul. REPORT.AZ/ “Rayon mərkəzi, 5 qəsəbə, 57 kəndi özündə birləşdirən, 22 min abonenti olmaqla 100 min nəfər əhaliyə xidmət edən Şamaxı Elektrik Şəbəkəsində “Azərişıq” ASC-nin yarandığı 29 ay müddətində geniş miqyaslı tikinti, yenidənqurma və əsaslı təmir-tikinti işləri həyata keçirilir”.

    Bunu “Report”a qurumun mətbuat xidmətinin rəhbəri Tanriverdi Mustafayev deyib.

    Onun sözlərinə görə, Şamaxı rayonunda 1 ədəd 35/10 kV-luq 1x1.6 MVA gücündə “Pirqulu” yarımstansiyası yeni inşa edilib və 1x2.5 MVA gücündə yeni transformator quraşdırılıb, həmçinin Şamaxı EŞ-nin xidməti ərazisində 47 ədəd köhnə KTM-lər müxtəlif güclü yeni KTM-lərlə (Komplekt Transformator Məntəqəsi) əvəz edilib.

    “Son iki ildə Şamaxı rayonu ərazisində 10 kV-luq hava xətti üzrə 1 212 ədəd dayaq, 54.5 km naqil yenilənib. 0,4 kV-luq hava xətti üzrə isə 44.14 km ÖİN (Özünüdaşıyan İzolyasiyalı Naqillər) kabel xətti, 36.0 km hava xətti çəkilib. “Azərişığ”ın daxili imkanları hesabına ümumi 2 705 abonent olmaqla 12 min əhalisi olan Qaleybuğurd, Muğanlı, Mirikənd, Hacılı, Kiçik Xınıslı, Mərzəndiyyə Nağaraxana kəndləri və Sabir qəsəbəsində kabelləşmə işləri hal hazırda davam etdirılır. Ümumilikdə indiyədək Şamaxı rayonunun mərkəzində, 7 kənd və 1 qəsəbədə 0,4 kV-luq şəbəkələrdə tam kabelləşmə işləri aparılıb, 9 ədəd yeni müxtəlif güclü KTM-lər quraşdırılıb 46.3 km 0,4 kV-luq ÖİN kabel xətti çəkilib”- T.Mustafayev bildirib.

    Qurum rəsmisi vurğulayıb ki, bununlardan əlavə, 2 qəsəbə olmaqla 9 kənddə 38 ədəd yeni KTM quraşdırılması, 54,66 km 10 kV-luq hava elektrik verilişi xətlərinin çəkilməsi və 159,2 km 0,4 kV-luq şəbəkənin ÖİN xəttlərlə yenidənqurulması işləri davam etdirilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi