Tanrıverdi Mustafayev: “Bu il 350 mindən çox abunəçinin elektrik enerjisi ilə təchizatı yaxşılaşdırılıb”

Tanrıverdi Mustafayev: “Bu il 350 mindən çox abunəçinin elektrik enerjisi ilə təchizatı yaxşılaşdırılıb” “Mütəmadi görülən qabaqlayıcı tədbirlər nəticəsində payız-qış mövsümündə abonentlərin elektrik enerjisi ilə təchizatında heç bir problem olmayacaq”.
Energetika
12 Sentyabr , 2019 16:44
Tanrıverdi Mustafayev: “Bu il 350 mindən çox abunəçinin elektrik enerjisi ilə təchizatı yaxşılaşdırılıb”

“Mütəmadi görülən qabaqlayıcı tədbirlər nəticəsində payız-qış mövsümündə abonentlərin elektrik enerjisi ilə təchizatında heç bir problem olmayacaq”. 

“Report” xəbər verir ki, bunu təmsil etdiyi qurumun payız-qış mövsümünə hazırlığı ilə bağlı məsələlərə aydınlıq gətirən “Azərişıq” ASC-nin Mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

Onun sözlərinə görə, bu il 350-dən artıq abunəçinin elektrik enerjisi təchizatı yaxşılaşdırılıb: “Son illərdə apardığımız yenidənqurma, əsaslı təmir-tikinti işləri nəticəsində ölkədə xüsusən dağ və dağətəyi rayonlarda hava şəraitinin sərt keçməsi ehtimalı ilə əlaqədar ehtiyat mal-materiallar, avadanlıqlar, maşın-mexanizmlər var. İstehlakçıların elektrik enerjisinə artan tələbatını qarşılamaq üçün 2019-cu ilin tədbirlər planına uyğun olaraq, cari ilin əvvəlindən bütün regionlara mal-mal materiallarla yüklənmiş 100-lərlə avtomobil yola salınıb. Regionlara göndərilən avadanlıqlar arasında min kilometrlərlə elektrik xətləri, SİP-kabellər, 100-lərlə transformatorlar, dəmir-beton dirəklər və digər avadanlıqlar var. Görülən bu tədbirlər nəticəsində 62 kəndin, yaxud 350 mindən artıq abunəçinin elektrik enerjisi ilə təchizatı yaxşılaşacaq. “Azərişıq” olaraq əsas işimiz abunəçiləri 24 saat fasiləsiz elektrik enerjisi ilə təchiz etməkdir. İstehlakçılardan xahiş edirik ki, baş verə bilən hər hansı kəsinti ilə bağlı 24 saat fəaliyyət göstərən 199 saylı “çağrı mərkəzi” ilə əlaqə saxlasınlar”.

Son xəbərlər

Orphus sistemi