Tanrıverdi Mustafayev: “Azərişıq” Salyan rayonunda genişmiqyaslı yenidənqurma işləri aparır”

Tanrıverdi Mustafayev: “Azərişıq” Salyan rayonunda genişmiqyaslı yenidənqurma işləri aparır” Bakı. 1 iyun. REPORT.AZ/ Şirvan RETSİ ərazisinə daxil 2 qəsəbə, 48 kəndi özündə birləşdirən 136 min nəfər əhalisi olan Salyan rayonunda da geniş mi...
Energetika
783
1 İyun , 2017 19:38
Tanrıverdi Mustafayev: “Azərişıq” Salyan rayonunda genişmiqyaslı yenidənqurma işləri aparır”

Bakı. 1 iyun. REPORT.AZ/ Şirvan RETSİ ərazisinə daxil 2 qəsəbə, 48 kəndi özündə birləşdirən 136 min nəfər əhalisi olan Salyan rayonunda da geniş miqyaslı yenidənqurma və əsaslı təmir-tikinti işləri həyata keçirilir. 

Bunu “Report”a “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

Onun sözlərinə görə, istehlakçıların fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz edilməsi üçün “Azərişıq” tərəfindən son iki ildə 3 ədəd yeni yarımstansiya inşa edilib: “Gərginliyi 110/35/10 kV, gücü 2x25 MVA olan “Qaraqaşlı”, 35/10 kV gərginlikli, gücü 2x5,6 MVA olan “Kərimbəyli” və gücü 2,5 MVA, gərginliyi 35/6 kV olan “Xurşud” yarımstansiyaları 30 mindən artıq istehlakçının dayanaqlı və keyfiyyətli elektrik enerjisi ilə təchizatını tam olaraq təmin edib. Rayon ərazisində 37 ədəd müxtəlif güclü yeni komplekt transformator məntəqəsi qurlaşdırılıb istismara verilib. 35/10/6 kV-luq 5 ədəd yarımstansiyalarda az güclü transformatorlar daha güclüləri ilə əvəz edilib, 0,4 kV-luq şəbəkələrin bərpası məqsədi ilə 94 km özünüdaşıyan izolyasiyalı kabel, 209 km açıq naqil çəkilib, 10 kV-luq 66,8 km hava xətti əsaslı təmir olunub. 32 km yeni 35 kV-luq hava elektrik verilişi xətti tikilib istifadəyə verilərək Salyan və Sabirabad rayonları arasında dairəvi sxem yaradılıb. 42,6 km hava elektrik verilişi xətti əsaslı təmir edilib. Aparılan yenidənqurma işləri nəticəsində Salyan EŞ-nin qoyuluş gücü 63.7 MVA artırılıb”.

Qurum sözçüsü deyib ki, hazırda rayonun Xıdırlı, Qaraçala və Kötəl kəndləri, ö cümlədən Ələt qəsəbəsinə yaxın 0,4 kV-luq şəbəkələrin tam yenidən qurulması istiqamətində 2 500-ə yaxın abonenti əhatə edən ərazilərdə yenidənqurma və bərpa işləri aparılır.

Son xəbərlər

Orphus sistemi