​Taner Yıldızın Sankt-Peterburqa səfəri ləğv edilib

​Taner Yıldızın Sankt-Peterburqa səfəri ləğv edilib "Türk axını" ilə bağlı məsələ sonuncu dəfə iyunun 13-də Bakıda müzakirə olunub
Energetika
17 İyun , 2015 16:32
​Taner Yıldızın Sankt-Peterburqa səfəri ləğv edilib

Bakı. 17 iyun. REPORT.AZ/ Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldızın iyunun 18-də Sankt-Peterburqa nəzərdə tutulan səfəri təxirə salınıb. 

"Report"un "Cihan" xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, T.Yıldız Sankt-Peterburqda beynəlxalq enerji konfransına qatılmalı və "Türk axını" layihəsini müzakirə etməli idi.

Məlumata görə, T.Yıldız konfrans çərçivəsində Rusiyanın energetika naziri Aleksandr Novak və "Qazprom" ASC-nin rəhbəri Aleksey Millerlə görüşü də ləğv edilib.

Xatırladaq ki, "Türk axını" ilə bağlı məslə sonuncu dəfə iyunun 13-də Bakıda Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında keçirilən görüşdə müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi