Bakı. 3 avqust. REPORT.AZ/ Türkiyənin Enerji və Təbii Ehtiyatlar Nazirliyi Rusiyanın "Türk axını" qaz kəməri üzrə danışıqlar çərçivəsində "mavi yanacağ"a ediləcək güzəştlərə dair müqavilənin imzalanmasını gecikdirməyəcəyinə ümid edir.
"Report"un "Bloomberg"ə istinadən verdiyi xəbərə görə, Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız qeyd edib ki, Türkiyə qaz kəmərinin bir qolunun tikintisi üçün heç bir maneə görmür.
Onun sözlərinə görə, Rusiya Türkiyə tərəfinə dörd qolun tikintisinə dair sorğu göndərib.
Qeyd edək ki, qiymətin endirilməsi hər il Ankaraya 1 mlrd. dollar qənaət etməyə imkan verəcək.