TANAP-ın Yunanıstan sərhədinə qədər olan hissəsinin qazla doldurulmasına başlanılması tarixi açıqlanıb

TANAP-ın Yunanıstan sərhədinə qədər olan hissəsinin qazla doldurulmasına başlanılması tarixi açıqlanıb SOCAR-ın Türkiyədə ən böyük layihəsi olan TANAP üzrə ümumi irəliləyiş 99,5 faizə çatdırılıb
Energetika
110
28 Mart , 2019 18:18
TANAP-ın Yunanıstan sərhədinə qədər olan hissəsinin qazla doldurulmasına başlanılması tarixi açıqlanıb

SOCAR prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri TANAP-ın İdarə Heyətinin martın 27-də Ankarada keçirilmiş toplantısında iştirak ediblər. 

Şirkətdən "Report"a verilən məlumata görə, toplantıda TANAP layihəsinin hazırkı vəziyyəti müzakirə olunub. 

İdarə Heyətinə məruzə edilib ki, TANAP-ın Əskişəhərə qədər olan hissəsinin istismarı, Yunanıstan sərhəddinə qədər olan hissəsinin isə inşası üzrə aparılan işlər qrafiki qabaqlayaraq irəliləməkdədir. Tikintinin qurudakı hissəsi tamamlanıb və həmin hissədə yekun sazlama işləri aparılır. Beləliklə, layihənin hər iki mərhələsi üzrə ümumi irəliləyiş artıq 99,5 faizə çatdırılıb. Layihənin qrafiki qabaqlamaqla icra olunması ilə yanaşı, inşaat işləri beynəlxalq keyfiyyət standartlarına uyğun görülüb və təhlükəsizlik tələblərinə ən yüksək səviyyədə əməl edilib. Aprelin 15-dən etibarən TANAP kəmərinin Əskişəhərdən Yunanıstan sərhədinə qədər olan hissəsinin qazla doldurulmasına başlanılması nəzərdə tutulur. 

TANAP qaz boru kəməri Cənub Qaz Dəhlizi layihəsinin tərkib hissəsi olan üç böyük boru kəmərindən biri və SOCAR-ın Türkiyədəki ən böyük investisiya layihəsidir. 

Xatırladaq ki, TANAP boru kəmərinin Əskişəhərə qədər olan hissəsinin rəsmi açılışı 2018-ci il iyun ayının 12-də keçirilmiş və kommersiya məqsədli ilk təbii qaz 30 iyun tarixində bu kəmər vasitəsi ilə Türkiyə bazarına daxil olmuşdur. TANAP boru kəmərinin səhmdarları SOCAR və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin birgə müəssisəsi olan Cənub Qaz Dəhlizi QSC (51%), BOTAŞ (30%), BP (12%) və SOCAR Türkiye Enerji A.Ş (7%) şirkətləridir.