Yuxarı
    Bağlamaq

    TANAP rəsmisi: "Gələn ilin iyununda Azərbaycan qazı Türkiyəyə çatacaq"

    Layihə çərçivəsində sosial-iqtisadi inkişaf proqramı həyata keçirilir

    Bakı. 4 avqust. REPORT.AZ/ “2018-ci il iyunun sonunda Əskişəhirdə yerləşən təsisatdan milli şəbəkəyə ilk qazı verəcəyik. 2019-cu ilin iyunundan isə qazımızı Avropaya nəql etməyə başlayacağıq. Bunun üçün gecə-gündüz çalışırıq”. 

    “Report” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Trans Adriatik Qaz Kəməri (TANAP) layihəsinin Keyfiyyət, sağlamlıq, təhlükəsizlik, sosial və ətraf mühit üzrə direktoru Fatih Ərdəm deyib.

    TANAP İctimai və Ətraf Mühit İnvestisiya Proqramları (SEIP) çərçivəsində reallaşdırılan “Habitat" sosial-iqtisadi inkişaf proqramının təqdimatında çıxış edən F.Ərdəm bildirib ki, TANAP-ın ümumi dəyəri 10 mlrd. ABŞ dolları civarındadır: “Bu layihəni reallaşdırarkən adi insanların və işçilərin səhhəti, sağlamlığı, təhlükəsizliyi, ekoloji və ictimai dəyərlər nəzərə alınır. "Habitat" dərnəyinin reallaşdırdığı bu proqramla isə Ardahan, Qars və Ərzurumdakı ortalama 122 kəndə müraciət edəcəyik, 13 500 vətəndaşımızla təmasda olacağıq. Onların yarısı xanımlar və gənc qızlar, 5%-i isə əlillər olacaq”.

    TANAP rəsmisi deyib ki, 25 min insanın yaşayış vəziyyətini yaxşılaşdırmaq üçün bu layihəyə dəstək veriblər. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi