TANAP layihəsinin icrası 25% ucuz başa gələcək

TANAP layihəsinin icrası 25% ucuz başa gələcək SOCAR prezidenti R.Abdullayev: "Uğurlu nəticələr imkan verir ki, TANAP-ın icrası planlaşdırılandan daha ucuz başa gəlsin"
Energetika
10 Noyabr , 2015 13:29
TANAP layihəsinin icrası 25% ucuz başa gələcək

Bakı. 10 noyabr. REPORT.AZ/ Trans-Anadolu boru kəmərinin (TANAP) inşası layihəsinin büdcəsinin ilkin planlaşdırılan məbləğdən 20-25% az olacağı gözlənilir. "Report"un verdiyi xəbərə görə, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdulllayev jurnalistlərə açıqlamasında bildirib. 

"Layihə çərçivəsində uğurlu tender və boru alınması həyata keçirilib. Bu uğurlu nəticələr imkan verir ki, TANAP-ın icrası əvvəlki planlaşdırılandan daha ucuz başa gəlsin", - deyə R.Abdullayev qeyd edib.

Son xəbərlər

Orphus sistemi