​Malena Mard: “TANAP layihəsinin həyata keçirilməsi nəzərdə tutulan qrafiki qabaqlayır”

​Malena Mard: “TANAP layihəsinin həyata keçirilməsi nəzərdə tutulan qrafiki qabaqlayır” Aİ-nın Azərbaycandakı nümayəndəliyinin rəhbəri “Caspian Energy”nin nümayəndə heyətini qəbul edib
Energetika
2 Fevral , 2016 15:50
​Malena Mard: “TANAP layihəsinin həyata keçirilməsi nəzərdə tutulan qrafiki qabaqlayır”

Bakı. 2 fevral. REPORT.AZ/ Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard başda “Caspian Energy İnternational Media Group”un prezidenti və baş redaktoru Natalya Əliyeva olmaqla “Caspian Energy”nin nümayəndə heyətini qəbul edib.

“Report” “Caspian Energy”ə istinadən xəbər verir ki, görüş zamanı “Caspian European Club” (Caspian Business Club) və “Caspian Energy İnternational Media Group” çərçivəsində əməkdaşlıqla bağlı müxtəlif mövzulara, informasiya səviyyəsində əlaqələrin genişləndirilməsi imkanlarına toxunulub.

Malena Mard “Caspian European Club”un fəaliyyətini və Klub tərəfindən keçirilən tədbirləri yüksək qiymətləndirib. O qeyd edib ki, Cənub Qaz Dəhlizi (CQD) Aİ üçün prioritet təşkil edir: “Biz 2020-ci ildə Azərbaycan qazını alacağımıza ümid edirik. Bundan əlavə, əldə olan məlumatlara görə, TANAP layihəsinin həyata keçirilməsi nəzərdə tutulan qrafiki qabaqlayır. Avropa şirkətlərinin yerli şirkətlərlə yüksək əməkdaşlıq potensialı var. Azərbaycanla Aİ arasındakı yaxın və sıx əlaqələr ilbəil daha da inkişaf edir”.

Bundan əlavə, Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Aİ-nin Azərbaycanda nəhəng investor olduğunu da vurğulayıb. Malena Mard Aİ-nin ölkə Prezidenti tərəfindən həyata keçirilən islahatları, o cümlədən ölkə iqtisadiyyatının diversifikasiyası istiqamətində atılan addımları dəstəklədiyini və özəlləşdirmənin inkişafını diqqətlə izlədiyini deyib: “Avropa şirkətləri bu baxımdan Azərbaycanda böyük rol oynaya biləcəklər. Eyni zamanda Aİ Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlıq edir. Aİ-nin Dövlət Statistika Komitəsi ilə də iqtisadi islahatlara yardım edəcək birgə layihəsi mövcuddur”.

Səfir kənd təsərrüfatı və yüksək keyfiyyətli məhsulların Avropa bazarına çıxarılması üzrə də əməkdaşlığın böyük potensialı olduğunu vurğulayıb: “Bu istiqamətdə Kənd Təsərrüfatı Nazirliyi ilə ardıcıl işlər aparılır. Azərbaycan yükəsək keyfiyyətli məhsullara sahib olsa da, distribütorluq sisteminin inkişafı üzrə işləri sürətləndirmək qaçılmazdır”.

Görüşün sonunda M.Mard “Caspian Energy” jurnalına eksklüziv müsahibə verib. O, müsahibədə ikitərəfli münasibətləri, iqtisadi və investisiya əməkdaşlığını genişləndirmək imkanlarından bəhs edib, enerji bazarının inkişaf hədəflərindən danışıb, eyni zamanda turizm sektorunun və enerji əməkdaşlığının inkişafı məsələsinə toxunub.

Son xəbərlər

Orphus sistemi