Yuxarı
    Bağlamaq

    TANAP: Layihə üzrə işlər davam etdirilir

    TANAP-da marşrut xəttinin açılması və boruların düzülməsi eyni vaxtda davam etdirilir

    Bakı. 28 iyul. REPORT.AZ/ Trans-Anadolu boru kəməri (TANAP) layihəsi çərçivəsində boruların düzülməsi işləri davam etdirilir. TANAP-dan verilən açıqlamaya əsasən, boruların depo yerlərinin mənbə ilə əlaqələndirilməsi üçün təxminən 10 ton ağırlığında və 12 metr uzunluğunda olan boruların inşaat yerinə nəqli davam etdirilir.

    "Report"un verdiyi xəbərə görə, təxminən 4,5 ay əvvəl baş tutan təməlqoyma mərasimi ilə başlayan inşaat işlərində daha bir mərhələnin geridə qaldığı deyilən açıqlamada 1 850 km-lik boru xəttinin 56 düym diametrindəki hissəsində marşrutun açılması ilə "stringing" adlandırılan boruların düzülməsi və hamarlanması işlərinin eyni vaxtda davam etdiyi qeyd olunub.

    Azərbaycanın Xəzər dənizindəki "Şahdəniz" qaz yatağının işlənməsi layihəsinin ikinci fazası və Xəzərin cənubundakı digər yerlərdən çıxarılacaq təbii qazın Türkiyə və Avropaya daşınmasını hədəfləyən TANAP-ın təməlqoyma mərasimi bu il martın 17-də Qarsda baş tutub. TANAP çərçivəsində ilk qaz axını 2018-ci ildə baş tutacaq, ilkin mərhələdə illik gücü 16 mlrd. kubmetr olacaq, daha sonra mərhələli şəkildə əvvəlcə 24 mlrd. kubmetrə, daha sonra 31 mlrd. kubmetrə çatdırılacaq. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi