TANAP layihəsinin podratçıları ƏDV-dən azad olunub

TANAP layihəsinin podratçıları ƏDV-dən azad olunub Güzəştlər 2015-ci il yanvarın 1-dən güvvəyə minir
Energetika
22 Oktyabr , 2014 14:06
TANAP layihəsinin podratçıları ƏDV-dən azad olunub
Bakı. 22 oktyabr. REPORT.AZ/ Transanadolu qaz boru kəmərinin (TANAP) tikintisi layihəsinin icrası çərçivəsində 2015-ci il yanvarın 1-dən etibarən bütün təqdim olunan mallar və xidmətlər əlavə dəyər vergisindən (ƏDV) azad olunacaq. "Report"un "Daily Sabah"a istinadən verdiyi xəbərə görə, layihə üzrə beynəlxalq razılaşmaya edilən dəyişikliklər Türkiyə kütləvi informasiya vasitələrində dərc olunub. 

Dəyişikliklərə əsasən, TANAP layihəsinin həyata keçirilməsində iştirak edən şirkətlərlə bağlı amortizasiya ayırmaları üzrə beynəlxalq normativlərlə nəzərdə tutulan kapital ehtiyatının yaradılmasına dair tələblər tətbiq olunmayacaq. Müqavilə bazasına edilən dəyişikliklər gələn ilin əvvəlindən qüvvəyə minəcək. 

Son xəbərlər

Orphus sistemi