TANAP-la indiyədək 6,7 mlrd kubmetr qaz nəql edilib

TANAP-la indiyədək 6,7 mlrd kubmetr qaz nəql edilib Bu kəmər vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə 2018-ci il iyunun 30-da başlanılıb
Energetika
324
22 Sentyabr , 2020 11:09
TANAP-la indiyədək 6,7 mlrd kubmetr qaz nəql edilib

Bu ilin yanvar-avqust aylarında 2019-cu ilin müvafiq dövrünə nisbətən Türkiyəyə 25,3% çox, yəni 7,2 mlrd kubmetr qaz ixrac edilib.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Energetika Nazirliyinin məlumatında qeyd edilib.

Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə Türkiyəyə bu müddətdə 2,8 mlrd kubmetr qaz nəql olunub.

2018-ci ilin iyun ayının 30-dan 2020-ci ilin sentyabr ayının 1-dək TANAP-la Türkiyəyə təqribən 6,7 mlrd kubmetr qaz nəql edilib.

Qeyd edək ki, Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql edilir. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və TANAP vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.

Son xəbərlər

Orphus sistemi