​TANAP kəmərinin inşası işləri plana uyğun aparılır

​TANAP kəmərinin inşası işləri plana uyğun aparılır Qaz kəmərinin ilk hissəsində aparılan qaynaq işləri bu ilin sonuna kimi tamamlanacaq
Energetika
10 Noyabr , 2015 13:08
​TANAP kəmərinin inşası işləri plana uyğun aparılır

Bakı. 10 noyabr. REPORT.AZ/ Bu ilin sonuna kimi Trans-Anadolu boru kəmərinin (TANAP) 50 km-ə yaxın hissəsində aparılan qaynaq işləri tamamlanacaq. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev jurnalislərə bildirib.

R.Abdullayev qeyd edib ki, boru kəmərində 1 350 km hissənin inşası ilə bağlı da tender başa çatıb, tikinti işlərinə başlanılıb.

"Artıq hər bir sahədə qaynaq işləri aparılır. Yolun hazırlanması başa çatıb. Bütün işlər plana uyğun aparılır. Kəmər 2018-ci ilin birinci yarısında ilk qazın qəbuluna hazır olacaq", - deyə R.Abdullayev bildirib.

Son xəbərlər

Orphus sistemi