​TANAP kəmərinin Əskişəhərə qədər hissəsi 2018-ci ilin iyun ayında hazır olacaq

​TANAP kəmərinin Əskişəhərə qədər hissəsi 2018-ci ilin iyun ayında hazır olacaq Boru kəmərinin tikintisi işləri plana uyğun həyata keçirilir
Energetika
5 Noyabr , 2015 13:36
​TANAP kəmərinin Əskişəhərə qədər hissəsi 2018-ci ilin iyun ayında hazır olacaq

Bakı. 5 noyabr. REPORT.AZ/ Azərbaycanın "Şahdəniz" yatağının ikinci mərhələsində hasil olunacaq təbii qazı Türkiyə və buradan da Avropaya nəql edəcək Trans-Anadolu Boru Kəmərinin (TANAP) Türkiyənin Əskişəhər bölgəsinə qədər olan hissəsinin inşası 2018-ci ilin iyun ayında başa çatdırılacaq.

"Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Sərmayələr İdarəsinin rəis müavini Zaur Qəhrəmanov bildirib.

Z.Qəhrəmanov qeyd edib ki, boru kəməri göstərilən vaxtadək hazır olacaq və bir-iki ay müddətində texniki təchizat həyata keçiriləcək.

TANAP layihəsinin baş direktoru Səltuq Düzyol da qeyd edib ki, boru kəmərinin tikintisi üzrə işlər plana uyğun həyata keçirilir və hazırda qaynaq işləri aparılır, borular düzülür: "TANAP-ın 65 km hissəsi inşa edilib. İndiyədək ciddi çətinliklə üzləşməmişik".

Son xəbərlər

Orphus sistemi