Bakı. 17 iyun. REPORT.AZ/ Azərbaycanda hasil olunan təbii qazın Türkiyə üzərindən Avropaya çatdırılmasını nəzərdə tutan Trans-Anadolu Boru Kəməri (TANAP) layihəsinin təchizatçılarından olan "Borusan Mannesmann" (Türkiyə-Almaniya) şirkəti artıq işə başlayıb.
"Report" xəbər verir ki, şirkət artıq apreldə boruların istehsalına başlayıb və bu günlərdə layihənin start götürəcəyi Ankara şəhərinin Polatlı bölgəsinə malın ilk partiyasını çatdırıb.
Neft və qazın nəqli üçün borular istehsalında qərbin şirkət və təşkilatları ilə əməkdaşlıq edən "Borusan Mannesmann" TANAP layihəsi üçün nəzərdə tutulan bütün təchizat işlərini 2017-ci ilə qədər bitirməyi planlaşdırır.