Yuxarı

​TANAP-ın Türkiyədə təməlqoyma mərasiminin tarixi açıqlanıb

Tədbirdə prezidentlərin iştirakı da gözlənilir

Bakı. 9 mart. REPORT.AZ/ Martın 17-də Türkiyənin Qars şəhərində TANAP (Trans-Anadolu qaz boru kəməri) layihəsinin təməlqoyma mərasimi keçiriləcək.

"Report" "Hurriyet.com"a istinadən xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii ehtiyatlar naziri Taner Yıldız bildirib: "Bir problem olmasa, martın 17-də prezidentlər səviyyəsində Qarsda TANAP layihəsinin təməlqoyma mərasimi olacaq".

Məlumata əsasən, həmin tədbirdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin də iştirakı gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi