​TANAP-ın tenderində iştirak edəcək şirkətlər müəyyənləşib

​TANAP-ın tenderində iştirak edəcək şirkətlər müəyyənləşib Ümumi uzunluğu 1 850 km olan TANAP-ın Mərmərə dənizindən keçəcək hissəsində işlər 2015-ci ildə başlayacaq
Energetika
23 İyun , 2015 16:02
​TANAP-ın tenderində iştirak edəcək şirkətlər müəyyənləşib

Bakı. 23 iyun. REPORT.AZ/ Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) layihəsinin dənizdən keçən hissəsində fiberoptik kabellərin alınması, çəkilməsi və tikinti işləri üçün elan olunacaq tenderə 6 şirkət dəvət ediləcək. "Report" xəbər verir ki, bununla bağlı TANAP-dan açıqlama verilib.

Açıqlamaya görə, ümumi uzunluğu 1 850 km olan TANAP-ın Mərmərə dənizindən keçəcək hissəsində işlər 2015-ci ildə başlayacaq.

Tenderə çağırılmaq hüququ qazanan şirkətlər "Micoperi S.r.l.", "MRTS-Fernas İnşaat AŞ Joint Venture", "Saipem S.p.A", "Swiber Offshore Construction PTE Ltd.", "TL Offshore Sdn. Bhd. (a Sapura Kencana Petroleum Group Company)" və "Valentine Maritime Ltd. Honeywell AŞ" şirkətləridir.

Son xəbərlər

Orphus sistemi