Yuxarı
    Bağlamaq

    ​TANAP-ın bir hissəsinin inşası Malayziya şirkətinə həvalə olunub - YENİLƏNİB

    TANAP-ın dəniz hissəsinin inşası ilə bağlı keçirilmiş tenderin qalibi məlum olub

    Bakı. 27 iyul. REPORT.AZ/ Malayziyanın "Sapura Kencana" şirkəti Trans-Anadolu Boru Kəmərinin (TANAP) dəniz hissəsinin inşası ilə bağlı keçirilmiş tenderin qalibi elan olunub. 

    "Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, artıq TANAP konsorsiumu ilə adıçəkilən şirkət arasında müqavilə də bağlanılıb. Müqavilənin şərtlərinə görə, "Sapura Kencana" şirkəti 850 km-lik layihənin 19 km-lik hissəsində, Çanaqqala boğazında boru kəmərinin inşasını həyata keçirəcək.

    Xatırladaq ki, TANAP layihəsinin dəyəri 9,2 mlrd. ABŞ dolları məbləğində qiymətləndirilib. Layihədə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 58%, BP şirkəti 12%, Türkiyənin "BOTAŞ" şirkəti isə 30% paya malikdir.

    Qeyd edək ki, TANAP Azərbaycanın Xəzər dənizindəki "Şahdəniz" yatağının ikinci mərhələsinin işlənməsi çərçivəsində hasil olunacaq qazın Türkiyəyə, buradan isə Avropaya nəqlini nəzərdə tutan boru kəməridir. Cənub Qaz Dəhlizi layihəsinin bir qolu olan TANAP Türkiyə ərazisində inşa olunur. Kəmər Türkiyə-Yunanıstan sərhədindən Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik Boru Kəməri (TAP) ilə birləşəcək.

    2015-ci il martın 17-də Türkiyənin Qars şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə TANAP-ın təməli qoyulub. 2018-ci ildə istifadəyə verilməsi planlaşdırılan boru kəmərinin ilkin buraxılış gücü ildə 16 mlrd. kubmetr olacaq. Bu həcmin təxminən 6 mlrd. kubmetri Türkiyəyə, qalanı isə Avropaya nəql ediləcək. TANAP kəmərinin Türkiyədə Eskişəhər və Trakyada iki çıxış nöqtəsi olacaq. Türkiyədə qazın satışını "BOTAŞ" şirkəti həyata keçirəcək. Boru kəmərinin ümumi uzunluğu 1 850 km-dir. Kəmərin 19 km-lik hissəsi Mərmərə dənizindən keçəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi