​TANAP-da nəzarət xidmətini Türkiyə tərəfi həyata keçirəcək

​TANAP-da nəzarət xidmətini Türkiyə tərəfi həyata keçirəcək TSE bu fəaliyyətini konsorsium vasitəsilə reallaşdıracaq və layihənin 24 ay davam etməsi planlaşdırılır
Energetika
5 Mart , 2015 11:33
​TANAP-da nəzarət xidmətini Türkiyə tərəfi həyata keçirəcək

Bakı. 5 mart. REPORT.AZ/ Türkiyə Standartlar İnstitutu (TSE) Azərbaycanın "Şahdəniz" yatağından çıxarılacaq təbii qazı Türkiyə üzərindən Avropaya daşıyacaq Trans-Anadolu Boru Kəməri (TANAP) Layihəsində nəzarət xidmətini təmin edəcək. "Report"un Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, TSE keçirilmiş tenderin qalibi olub.

Təşkilat, bu çərçivədə, TANAP-da istifadə edilən boruların Çində istehsal olunan hissəsinə nəzarəti reallaşdıracaq.

TSE bu fəaliyyətini konsorsium vasitəsilə reallaşdıracaq və layihənin 24 ay davam etməsi planlaşdırılır.

Xatırladaq ki, bu TSE tarixində ilk belə geniş əhatəli layihə hesab edilir.

Son xəbərlər

Orphus sistemi