TANAP-a 5,6 mlrd. dollar xərclənib

TANAP-a 5,6 mlrd. dollar xərclənib Əskişəhər. 17 aprel. REPORT.AZ/ Azərbaycan qazının Türkiyə və buradan Avropaya nəqli üçün inşa olunan Trans Anadolu Boru Kəməri ( TANAP) layihəsinə indiyədək 5,6 mlrd. ABŞ dolları xərclənib.
Energetika
17 Aprel , 2018 13:42
TANAP-a 5,6 mlrd. dollar xərclənib

Əskişəhər. 17 aprel. REPORT.AZ/ Azərbaycan qazının Türkiyə və buradan Avropaya nəqli üçün inşa olunan Trans Anadolu Boru Kəməri ( TANAP) layihəsinə indiyədək 5,6 mlrd. ABŞ dolları xərclənib.

"Report" xəbər verir ki, bunu TANAP-ın baş direktoru Saltuk Düzyol jurnalistlərə bildirib.

"TANAP-ın ümumi dəyəri 7,99 mlrd. dollar təşkil edir. İndiyə qədər 5,6 mlrd.dollar vəsait xərclənib. Layihənin ilkin dəyəri 11,8 mlrd. dollar olub, yəni 32% qənaət olunub", - o deyib.

Bundan başqa, baş direktorun sözlərinə görə, TANAP-ın səhmdarları indiyədək 3,75 mlrd. dollar kredit cəlb edib.

Son xəbərlər

Orphus sistemi