Yuxarı
    Bağlamaq

    Türkiyə TANAP üzrə memorandumu ratifikasiya edib

    Bu kəmərlə ilk qaz 2018-ci ildə buraxılacaq

    Bakı. 18 sentyabr. REPORT.AZ/ Türkiyə parlamenti Trans-Anadolu qaz kəməri (TANAP) layihəsi üzrə dövlətlərarası qarşılıqlı anlaşma memorandumunu təsdiqləyib. Bu qaz kəməri Xəzər qazının Türkiyə ərazisi ilə Avropa bazarlarına nəql olunması üçün nəzərdə tutulub. 

    "Report"un "TRT Haber"ə istinadən verdiyi xəbərə görə, boru kəmərinin illik buraxılış gücü 16 mlrd. kubmetr təşkil edəcək, həmin həcmdən 6 mlrd. kubmetr Türkiyəyə tədarük olunacaq. 

    Boru kəməri ilə qazın nəqlinə 2018-ci ildə başlanacaq. 

    Xatırladaq ki, Memorandum iki ölkə arasında 2014-cü ilin may ayında imzalanıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi