Suveren Fondların Beynəlxalq Forumunun üzvlərinin Azərbaycanda görüşü keçirilir

Suveren Fondların Beynəlxalq Forumunun üzvlərinin Azərbaycanda görüşü keçirilir Görüş SFBF-nin illik iclaslarından kənar keçirilən ilk tədbiridir
Energetika
1 Mart , 2016 17:31
Suveren Fondların Beynəlxalq Forumunun üzvlərinin Azərbaycanda görüşü keçirilir

Bakı. 1 mart. REPORT.AZ/ Bu gün Bakıda Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) da üzvü olduğu Suveren Fondların Beynəlxalq Forumunun (SFBF) “Bilik mübadiləsi” mövzusunda görüşü işə başlayıb.

Neft Fondundan "Report"a verilən məlumata görə, tədbir iki gün davam edəcək.

ARDNF-in təşəbbüsü və təşkilatçılığı ilə Foruma üzv suveren fondların yüksək səviyyəli rəsmilərinin iştirakı ilə baş tutan bu görüş SFBF-nin illik iclaslarından kənar keçirilən ilk tədbiridir. ARDNF bu görüşdə icraçı direktor Şahmar Mövsümovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə iştirak edir.

Görüşün əsas məqsədi adıçəkilən quruma üzv fondlar arasında bilik və təcrübə mübadiləsinin asanlaşdırılması ilə bağlı müzakirələr aparmaq, eləcə də bu istiqamətdə konkret nəticələrə nail olmaqdır.

Tədbirdə eyni zamanda Azərbaycana investisiya qoyuluşlarının təşviqi istiqamətində müvafiq təqdimat keçirilib.

Qeyd edək ki, ümumilikdə təqribən 5,5 trln. ABŞ dolları həcmində vəsaitlərin idarə olunduğu 29 ölkədən 30 suveren fondu özündə birləşdirən SFBF 2009-cu il aprelin 5-6-da Əl-Küveyt şəhərində keçirilmiş iclasda yaradılıb və ilk rəsmi iclasını da 2009-cu il 8-9 oktyabr tarixlərində Bakı şəhərində keçirib.Yarandığı tarixdən etibarən ARDNF-nin daim fəal şəkildə təmsil olunduğu SFBF könüllü qrup olub, əsas məqsədi Suveren Fondların ümumi maraqlarına dair məsələlər ətrafında fikir mübadiləsi aparmaq, eləcə də Santyaqo prinsipləri və Suveren Fondların fəaliyyətinin anlaşılmasını asanlaşdırmaqdır.

Son xəbərlər

Orphus sistemi