Yuxarı
    Bağlamaq

    Suriyada neft sektorunun itkiləri hesablanıb

    Suriya neft-qaz sektorunun bərpası üçün plan hazırlamağa başlayıb

    Bakı. 27 oktyabr. REPORT.AZ/ İlkin hesablamalara görə, müharibə müddətində Suriyanın neft sektorunun itkiləri 68 mlrd. dollara çatıb.

    “Report” xəbər verir ki, bunu ölkənin neft və mineral ehtiyatlar naziri Əli Qanem RİA "Novosti” agentliyinə bildirib.

    Nazir bu rəqəmin artacağını da istisna etməyib.

    Ə.Qanem həmçinin bildirib ki, ölkədə neft-qaz infrastruktunun bərpası məqsədi ilə texniki planın hazırlanmasına başlanılır.

    Nazir qeyd edib ki, ordunun azad etdiyi ərazilərdəki bütün yataqlar bərpa olunacaq: “Hərbi məsələlər ordudan asılıdır və yaxın müddətdə Suriyanın bütün yataqlarının qaytarıldığı xəbərini eşidəcəyik”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi