Surinam şelfində yeni neft yatağı aşkarlanıb

Surinam şelfində yeni neft yatağı aşkarlanıb Fransanın “TotalEnergies” və ABŞ-ın “Apache Corporation” neft-qaz şirkətləri Surinam şelfində yeni neft və səmt qazı yataqları aşkarlayıb.
Energetika
21 fevral 2022 09:17
Surinam şelfində yeni neft yatağı aşkarlanıb

Fransanın “TotalEnergies” və ABŞ-ın “Apache Corporation” neft-qaz şirkətləri Surinam şelfində yeni neft və səmt qazı yataqları aşkarlayıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, “Total”ın verdiyi açıqlamaya görə, bu dəfə 780 metrədək dərinlikdə qazılmış “Krabdagu-1” quyusunda 90 metrdə təmiz neft qatı aşkarlanıb.

Bundan əvvəl həmin bölgədə qazılmış “Maka Central”, “Sapakara South-1”, “Sapakara West”, “Kwaskwasi”, “Keskesi” quyularında da karbohidrogen ehtiyatı kəşf edilmişdi.

Yeni “Krabgadu1” quyusunun yerləşdiyi 58 blokunda bu ildə daha azı üç kəşfiyyat quyusu qazmaq nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi