“Suraxanı Oil” əməliyyat şirkəti açıq tender elan edib

“Suraxanı Oil” əməliyyat şirkəti açıq tender elan edib “Surakhanı Oil Operation Company S.A.” şirkətinin Azərbaycandakı nümayəndəliyi açıq tender elan edib.
Energetika
16 Mart , 2019 11:43
“Suraxanı Oil” əməliyyat şirkəti açıq tender elan edib

“Surakhanı Oil Operation Company S.A.” şirkətinin Azərbaycandakı nümayəndəliyi açıq tender elan edib.

“Report” rəsmi qəzetə istinadən xəbər verir ki, tender 3 lot üzrə keçirilir.

Tender 2 090 tonluq nasos - kompressor borularının satınalınması, 30 000 ədəd nasos ştanqlarının, mufta və protektorla birgə satınalınması, 2 025 ədəd ştanqlı quyu nasoslarının satınalınması məqsədilə keçirilir.

Tenderdə iştirak haqqı Lot-1 üçün 500 manat, Lot-2 və lot -3 üçün isə hər birinə 300 manatdır.

Tender iştirakçılarından tələb olunan sənədlər aprelin 26-sı saat 17.00-a qədər bir nüsxədə, tender təklifi isə mayın 6-sı saat 17.00-a qədər ikiqat zərfdə bağlanıb möhürlənmiş şəkildə iki nüsxədə (əsli və surəti) AZ1042, Bakı şəhəri, Suraxanı qəsəbəsi, Xanlar Ələkbərov küçəsindəki inzibati binada təqdim edilməlidir.

Tender zərflərinin açılışı proseduru mayın 7-si saat 11.00-da yuxarıdakı ünvanda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi