"Suqovuşan" yarımstansiyası qəsəbəni tam elektrik enerjisi ilə təmin edir

"Suqovuşan" yarımstansiyası qəsəbəni tam elektrik enerjisi ilə təmin edir Bunu "Azərişıq" ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə bildirib
Energetika
100
26 May , 2021 17:58
Suqovuşan yarımstansiyası qəsəbəni tam elektrik enerjisi ilə təmin edir

"Azərişıq" ASC-nin 35/10 kV-luq "Suqovuşan" yarımstansiyası eyni adlı qəsəbəni tam elektrik enerjisi ilə təmin edir.

"Report" xəbər verir ki, bunu Suqovuşana təşkil edilmiş mediaturda jurnalistlərə açıqlama verən "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə bildirib.

Onun sözlərinə görə, yeni veriliş xətləri əvvəlkilərə nisbətən daha etibarlıdır: "Bunun gücü 2,5 meqavolt amperdir və gələcəkdə qurulacaq obyektlərin elektrik enerjisi ilə təmin olunması üçün imkan var. Digər tərəfdən yarımstansiyanın elektrik enerjisi təchizatı "Tərtər" yarımstansiyasından təmin edilir. Bu məqsədlə adıçəkilən yarımstansiyadan Suqovuşana elektrik veriliş xətləri çəkilib. Elektrik veriliş xətlərinin çəkilişində müasir tipli 35kV-luq mühafizəli və izolyasiyalı kabel xətlərindən istifadə olunub. Bu kabel xətləri ənənəvi çılpaq naqillərlə çəkilmiş kabellərə nisbətən ətraf mühitin, sərt iqlimin təsirlərindən mühafizə olunur. Bu qabel xətlərinin çəkilməsi üçün tələb olunan torpaq sahəsi ənənəvi elektrik verilişi xətlərinin çəkilməsi üçün tələb olunan torpaq sahəsindən ən azı 6 dəfə azdır.

Digər tərəfdən də izolyasiyalı və mühafizə olunan 35 kV-luq kabel xətləri texniki itkilərin azaldılması və təhlükəsizliyin tam təmin olunması üçün tamamilə yararlıdır".

"Azərişıq" rəsmisi həmçinin deyib ki, adıçəkilən yarımstansiya vasitəsi ilə digər yaxın ərazilərin də elektrik enerjisi təchizatını həyata keçirmək mümkün olacaq: "Qəsəbənin nəzərdə tutulan bütün əhali sayını fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin etmək mümkündür. Ənənəvi 35 kV-luq çılpaq naqillərlə çəkilmiş elektrik verilişi xətlərinin mühafizə zonası 30 metrdən artıq olur. Amma müasir tipli izloyasiyalə və mühafizə olunan 35 kV-luq elektrik veriliş xətlərlərinin mühafizə zonası isə yerindən və relyefindən asılı olaraq 2-3 metr arasıdır. Yarımstansiya gələcəkdə digər ətraf sahələri də elektrik enerjisi ilə təmin edə bilər".

Son xəbərlər

Orphus sistemi