Sumqayıtda 30-dan artıq evdə enerji təchizatı dayandırılıb

Sumqayıtda 30-dan artıq evdə enerji təchizatı dayandırılıb Bakı. 23 may. REPORT.AZ/ Sumqayıt şəhərində - 147 nömrəli Abşeron Ceyranbatan peşə liseyinin arxasında yerləşən fərdi yaşayış evlərinin 30-dan artıq sakininin Elektrik Enerjisindən İstifadə Qaydaları”nın tələbinə uyğun olaraq, enerji təchizatı dayandırılıb.
Energetika
23 May , 2018 19:20
Sumqayıtda 30-dan artıq evdə enerji təchizatı dayandırılıb

Bakı. 23 may. REPORT.AZ/ Sumqayıt şəhərində - 147 nömrəli Abşeron Ceyranbatan peşə liseyinin arxasında yerləşən fərdi yaşayış evlərinin 30-dan artıq sakininin Elektrik Enerjisindən İstifadə Qaydaları”nın tələbinə uyğun olaraq, enerji təchizatı dayandırılıb.

Bu barədə "Report"a "Azərişıq" ASC-nin Mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.

Onun sözlərinə görə, illərdir adıçəkilən ərazidə məskunlaşmış sakinlər 147 nömrəli Abşeron Ceyranbatan peşə liseyinin transformatorundan öz fərdi evlərinə qanunsuz olaraq elektrik xətləri çəkib, Elektrik Enerjisi Təchizatı İdarəsində qeydiyyata düşməyib, bu günə qədər istehlak olunmuş enerji sərfinin dəyərini ödəməyiblər: "Azərişıq” ASC-nin Şimal Regional Enerji Təchizatı və Satışı İdarəsinin rəhbərliyi və əməkdaşlarının dəfələrlə xəbərdarlıqlarına məhəl qoymayaraq elektrik enerjisi təchizatlarını qanunsuz bərpa ediblər". 

“Azərişıq” ASC uzun müddətdir ki, respublikanın regionlarındakı yeni salınan yaşayış massivlərinin elektrik enerjisi ilə təchiz edilməsi üçün əsaslı təmir-tikinti və yenidənqurma işləri aparır, yeni güc mərkəzləri yaradılır, 0,4 kV-luq paylayıçı şəbəkələr yenidən qurulur. Bildiririk ki, qüvvədə olan qanuna əsasən, fərdi yaşayış evlərinin elektrik təchizatı şəbəkəsinə qoşulması üçün texniki şərtlərin verilməsi yalnız “ASAN xidmət" və “ASAN kommunal" mərkəzləri tərəfindən təmin olunur. Texniki şərt alınmadan özbaşına elektrik şəbəkəsinə qoşulması qanuna görə müvafiq məsuliyyətə səbəb olur. Qanunun tələbinə əməl edən hər bir vətəndaşın keyfiyyətli, fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təchizatı “Azərişıq” ASC tərəfindən təmin olunur", - o qeyd edib.

Son xəbərlər

Orphus sistemi