Sumqayıt şəhərinin qaz təchizatında məhdudiyyət olacaq

Sumqayıt şəhərinin qaz təchizatında məhdudiyyət olacaq Fasilə yeni çəkilmiş xəttin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədardır
Energetika
14 İyul , 2017 10:11
Sumqayıt şəhərinin qaz təchizatında məhdudiyyət olacaq

Bakı. 14 iyul. REPORT.AZ/ Bu gün saat 10:00-dan işlər yekunlaşanadək Sumqayıt şəhərinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq. Bu barədə “Report”a “Azəriqaz” İB-dən məlumat verilib.

Məlumata görə, fasilə yeni çəkilmiş diametri 250 mm-lik polietilen orta təzyiqli qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədardır.

Bildirilir ki, görülən işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranan fasilələr aradan qaldırılacaq.

“Azəriqaz” İB yaranmış məhdudiyyətlə bağlı bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

Son xəbərlər

Orphus sistemi