​Sumqayıt Kimya Sənaye Parkının yeni rezidenti müəyyən olunub

​Sumqayıt Kimya Sənaye Parkının yeni rezidenti müəyyən olunub Bununla da rezidentlərin sayı 4-ə çatıb
Energetika
11 Fevral , 2015 20:22
​Sumqayıt Kimya Sənaye Parkının yeni rezidenti müəyyən olunub

Bakı. 11 fevral. REPORT.AZ/  “Sumqayıt Kimya Sənaye Parkı” MMC-yə müraciət edən “Azerbaijan Fibro Cement” Məhdud Məsuliyyətli Cəmiyyətinə Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib.

“Report” İqtisadiyyat və Sənaye Nazirliyinə istinadən xəbər verir ki, Sumqayıt Kimya Sənaye Parkında yeni sənaye sahələrinin yaradılması, rəqabətqabiliyyətli, idxalı əvəz edən və ixracyönümlü yeni məhsul istehsalının təşkili və sənaye parkına investorlar cəlb olunur. Bununla da, Sumqayıt Kimya Sənaye Parkının rezidentlərinin sayı 4-ə çatıb.

“Azerbaijan Fibro Cement” MMC sənaye parkının ərazisində lifli sement (fibro-sement) lövhələrin istehsalını həyata keçirəcək. Layihə çərçivəsində ildə 6 mln. m2 fasad üçün düz lövhələr və dam örtükləri istehsal edən zavod inşa ediləcək. Ən müasir avadanlıqlarla və innovativ texnologiyalarla təchiz ediləcək zavodda 150-200 nəfərin işlə təmin olunması nəzərdə tutulur. İstehsal olunacaq məhsulların daxili bazarın tələbatını ödəməklə yanaşı, xarici ölkələrə ixracı da planlaşdırılır. Yeni yaradılan müəssisənin layihələndirilməsi, müasir avadanlıqlarla və qabaqcıl texnologiyalarla təchiz olunması Avropanın bu sahədə aparıcı şirkətlərindən olan Avstriyanın “MFL” şirkəti tərəfindən təmin ediləcək.

Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkının rezidentləri 7 il müddətinə mənfəət, əmlak və torpaq vergilərindən, həmçinin idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğulara görə ƏDV-dən azad olunurlar.

Son xəbərlər

Orphus sistemi