Süheyl əl Məzrui: "OPEC+ formatının uğurlu olduğuna şübhə yoxdur"

Süheyl əl Məzrui: "OPEC+ formatının uğurlu olduğuna şübhə yoxdur" Bakı. 6 dekabr. REPORT.AZ/ OPEC+ formatının uğurlu olduğuna şübhə yoxdur.
Energetika
6 Dekabr , 2018 17:19
Süheyl əl Məzrui: OPEC+ formatının uğurlu olduğuna şübhə yoxdur

Bakı. 6 dekabr. REPORT.AZ/ "OPEC+ formatının uğurlu olduğuna şübhə yoxdur".

“Report” xəbər verir ki, bunu Avstriyanın paytaxtı Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə daxil olmayan ölkələrin Nazirlərinin Birgə Monitorinq Komitəsinin XII iclasının açılış mərasimində OPEC prezidenti, Birləşmiş Ərəb Əmirliklərinin enerji naziri Süheyl əl Məzrui deyib.

“OPEC+ formatının uğurlu olmaqla neft bazarına nikbinlik ovqatı, neft sənayesinin inkişafına əminlik hissi gətirdiyinə şübhə yoxdur”, - deyə qeyd edən təşkilat rəhbəri bununla kifayətlənməyəcəklərini vurğulayıb.

“2019-cu ildə neftə tələbatın azalma ehtimalı və təklifin artması da daxil olmaqla yeni-yeni çətinliklər görürük. Buna baxmayaraq, bütün OPEC üzvü olan və qeyri-OPEC ölkələrinin bazarda tarazlığa nail olmaq üçün birgə çalışmağa davam edəcəklərinə əminəm”, - Süheyl əl Məzrui bildirib.

Son xəbərlər

Orphus sistemi