"Statoil" şirkəti "Şahdəniz"dəki payını "Petronas"a satıb

"Statoil" şirkəti "Şahdəniz"dəki payını "Petronas"a satıb Sazişin ümumi dəyəri 2,2 mlrd. dollar təşkil edir
Energetika
13 Oktyabr , 2014 14:42
Statoil şirkəti Şahdənizdəki payını Petronasa satıb

Bakı. 13 oktyabr. REPORT.AZ/ Norveçin "Statoil" neft-qaz şirkəti  “Şahdəniz” layihəsindəki 15,5%-lik iştirak payını Malayziyanın "Petronas" şirkətinə satıb. "Report"un "Statoil"un rəsmi saytına istinadən verdiyi xəbərə görə, sazişin ümumi dəyəri 2,2 mlrd. ABŞ dolları təşkil edir.

Norveç şirkətinin vitse-prezidenti Lars Kristian Baxerin sözlərinə görə, "Statoil" şirkətin beynəlxalq portfelində əhəmiyyətli yeri olan Azərbaycanda öz fəaliyyətini davam etdirmək niyyətindədir.

Qeyd edək ki, layihənin operatoru Britaniyanın BP şirkətidir (28,8%). Layihədə həmçinin Türkiyənin ТРАО (19%), Azərbaycanın SOCAR (16,7%), Rusiyanın "LUKoil" (10%) və İranın NICO (10%) şirkətləri iştirak edir.

Son xəbərlər

Orphus sistemi