​"Statoil" Türkiyədəki ofisini bağlayır

​"Statoil" Türkiyədəki ofisini bağlayır Norveç şirkəti "Şahdəniz" layihəsindəki payını "Petronas" şirkətinə satışını tamamlayıb
Energetika
8 İyun , 2015 12:38
​Statoil Türkiyədəki ofisini bağlayır

Bakı. 8 iyun. REPORT.AZ/ Norveçin "Statoil" şirkəti iyunun 15-də Türkiyədəki nümayəndəliyini bağlayacağını açıqlayıb. Bunun səbəbi şirkətin Azərbaycanda iştirak etdiyi "Şahdəniz" layihəsindəki payını Malayziyanın "Petronas" şirkətinə satması ilə bağlıdır.

"Report" xəbər verir ki, iştirak payının satılması prosesi bu ilin mayın 1-də tamamlanıb. Bu satışla birlikdə "Statoil" şirkətinin "Şahdəniz"də qaz hasilatının paylanması müqaviləsi, Azərbaycan qaz tədarükü şirkəti və Cənub Qafqaz boru xətti şirkətindəki ortaqlığı sona çatıb.

"Statoil" 2001-ci ildə Türkiyəyə gəldiyində Azərbaycanda hasil olunan qazın Türkiyə bazarında satılması kimi hədəfi olub. Bununla bağlı şirkətin Azərbaycanda qaz sahələri və ortaqlıqları olsa da, daha sonra bu paylar satılıb. Türkiyədə isə "Koç Qrup"u ilə ortaq olan "Statoil" daha sonra bu ölkədəki payını da "Koç"a satıb.

Qeyd edək ki, "Statoil" dünyanın ən böyük qaz hasilat və satışı ilə məşğul olan şirkətlərindən biridir. 35-dən çox ölkədə fəaliyyət göstərən şirkətin Azərbaycandakı "Azəri-Çıraq-Günəşli" və Bakı-Tbilisi-Ceyhan boru kəməri layihələrindəki ortaqlığı isə davam edir.

Son xəbərlər

Orphus sistemi