"Statoil" TAP layihəsindəki payını İtaliya şirkətinə satır

"Statoil" TAP layihəsindəki payını İtaliya şirkətinə satır Alqı-satqı əməliyyatının məbləği 208 mln. avro təşkil edir
Energetika
1 Dekabr , 2015 13:33
Statoil TAP layihəsindəki payını İtaliya şirkətinə satır

Bakı. 1 dekabr. REPORT.AZ/ Norveçin "Statoil" şirkəti Trans-Adriatik boru kəməri (TAP) layihəsindəki 20% payını İtaliyanın "Snam" qaz infrastruktur şirkətinə satır. "Report" xəbər verir ki, bu barədə "Statoil" şirkətinin saytında məlumat yayılıb.

Məlumata görə, alqı-satqı əməliyyatının məbləği 208 mln. avro təşkil edir. Əməliyyatın ilin sonuna kimi yekunlaşması nəzərdə tutulur.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" çərçivəsində hasil olunan qaz Avropaya nəql olunacaq.

Bu boru kəməri Türkiyə-Yunanıstan sərhədindəki Kipoy ərasizində TANAP kəmərinə qoşulacaq və Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə Cənubi İtaliyaya qədər uzanacaq. İlk Azərbaycan qazının 2019-cu ilin sonu 2020-ci ilin əvvəlində Avropaya çatdırılması planlaşdırılır.

TAP layihəsində BP (20%), SOCAR (20%), "Statoil" (20%), "Fluxys" (19%), "Enagas" (16%) və "Axpo" (5%) şirkətləri iştirak edir.

Son xəbərlər

Orphus sistemi