​"Statoil" TAP-dakı payını ilin sonuna kimi rəsmən satışa çıxara bilər

​"Statoil" TAP-dakı payını ilin sonuna kimi rəsmən satışa çıxara bilər Karlo Malakarne: "Belə görünür ki, BP də öz payını satmaq istəyir"
Energetika
29 Sentyabr , 2015 11:36
​Statoil TAP-dakı payını ilin sonuna kimi rəsmən satışa çıxara bilər

Bakı. 29 sentyabr. REPORT.AZ/ Norveçin "Statoil" şirkətinin Trans-Adriatik Boru Kəməri (TAP) layihəsindəki 20%-lik iştirak payının satılması məsələsinin 2015-ci ilin sonuna qədər rəsmən elan ediləcəyi ehtimal olunur. "Report"un İtaliya mediasına istinadən verdiyi xəbərə görə, bunu "Snam" şirkətinin (İtaliya) rəhbəri Karlo Malakarne (Carlo Malacarne) "15° Italian Energy Summit del Sole 24 Ore" sammitində (Roma şəhəri) çıxışı zamanı deyib.

"Biz hələ lazımi mərhələyə qədəm qoymamışıq. Amma bu prosesdə mütləq iştirak edəcəyik. Belə görünür ki, BP də öz payını satmaq istəyir", - deyə "Snam" rəhbəri bildirib.

Sentyabrın 24-də Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə keçirilən görüşə toxunan K.Malakarne, Bakıda yalnız Cənub Qaz Dəhlizi ilə bağlı anlaşma memorandumu imzaladıqlarını qeyd edib.

Xatırladaq ki, TAP layihəsində BP (20%), SOCAR (20%), "Statoil" (20%), "Fluxys" (19%), "Enagas" (16%) və "Axpo" (5%) şirkətləri iştirak edir.

Son xəbərlər

Orphus sistemi