Yuxarı
    Bağlamaq

    “Statoil” şirkəti “Total”ın iki yataqdakı payını alır

    Bakı. 27 noyabr. REPORT.AZ/ Norveçin “Statoil” şirkəti Fransanın “Total” şirkətinin Şimal dənizinin Norveçin şelf zonasında yerləşən iki yataqdakı payının alınması ilə bağlı razılığa gəlib.

    “Report” xəbər verir ki, bu barədə “Statoil” məlumat yayıb.

    Norveç hökuməti tərəfindən təsdiqi gözlənilən müqavilənin dəyəri 1,45 mlrd. dollar təşkil edir. Alqı-satqı prosesinin 2018-ci ildə başa çatması nəzərdə tutulur.

    Razılığa əsasən, “Total” şirkəti “Martin Linge” yatağındakı 51%-lik və “Garantiana” yatağındakı 40%-lik payının hamısını “Statoil” şirkətinə satır. Norveç şirkəti eyni zamanda hər iki yatağın operatoru olacaq.

    Alqı-satqı prosesi başa çatdıqdan sonra “Statoil” şirkətinin “Martin Linge” yatağındakı payı 70%-ə çatacaq.

    “Martin Linge” neft-qaz yatağının çıxarılabilən ehtiyatları 300 mln. barel neft ekvivalenti həcmində qiymətləndirilir. İndiyədək “Total”, “Statoil” və Norveçin “Petoro” dövlət şirkəti yatağın işlənməsi üçün 18 mlrd. Norveç kronu həcmində investisiya qoyub. Yataqda 2019-cu ilin I yarısında hasilata başlanılması gözlənilir.

    “Garantiana” neft yatağının isə işlənmə imkanları öyrənilir. Yatağın çıxarılabilən ehtiyatları 50-70 mln. barel neft ekvivalneti həcmində qiymətləndirilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi